SON DƏQİQƏ
» » Ərdoğan və Putin arasında telefon danışığı oldu

Ərdoğan və Putin arasında telefon danışığı oldu

Tarix:

21-10-2017, 10:50

/ 1 174 dəfə oxundu.
Ərdoğan və Putin arasında telefon danışığı oldu

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.
Tərəflər söhbət zamanı Suriya məsələsinə dair mövzuları müzakirə ediblər.
Bildirilir ki, dövlət başçıları oktyabrın sonunda Qazaxıstan paytaxtında Suriya üzrə növbəti, yeddinci beynəlxalq görüşün perspektivlərini müzakirə ediblər.
Bundan əlavə prezidentlərin Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə ediblər.
“Ankarada keçirilmiş görüşdə əldə edilən razılaşmalar uğurla həyata keçirilir, o cümlədən iqtisadi-ticarət sahəsində”,-deyə məlumatda bildirilir.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ