SON DƏQİQƏ
» » "Bir gün gələcəyik” – İrana şok xəbərdarlıq

"Bir gün gələcəyik” – İrana şok xəbərdarlıq

Tarix:

23-04-2020, 14:32

/ 2 038 dəfə oxundu.
"Bir gün gələcəyik” – İrana şok xəbərdarlıq

ABŞ baş qərargah rəisinin müavini general Con Hayten İranın kosmosa peyk qaldırmasının pis niyyətli fəaliyyətlərinin bir hissəsi olduğunu deyib.
Sözügedən raketin uzun məsafə qət etdiyini, lakin bunun kosmosa çatıb-çatmadığının naməlum olduğunu bildirib.
Hayten İranın bölgə ölkələri və qonşularını təhdid etməyə davam etdiyini söyləyib:
"Əlinizdə bu qədər uzun məsafə qət edən raket varsa, bu sizin qonşularınıza və müttəfiqlərinizə təhdid deməkdir. Bunun ABŞ-ı təhdid etməməsinə çalışırıq”.
General İrana məxsus döyüş gəmilərinin ABŞ-ın bölgədəki hərbi donanması yaxınlığında təxribatçı manevrlərinə də toxunub:
"Əgər İran təcavüzkar yolu seçsə, biz da o yolla gələcəyik, daha böyük qüvvə ilə gələcəyik. Buna görə də o yolla getməyin”.
Hayten İranın "qırmızı xətti” keçəcəyi halda, buna ABŞ donanması tərəfindən ağır zərbə ilə cavab veriləcək. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ