SON DƏQİQƏ

Ruhani Putinə zəng etdi: Astana sazişinə...

Tarix:

29-02-2020, 22:00

/ 1 247 dəfə oxundu.
Ruhani Putinə zəng etdi: Astana sazişinə...

İran Prezidenti Həsən Ruhani ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Məlumata görə, İranın istəyi ilə baş tutan telefon danışığında tərəflər Suriya ilə əlaqədar Astana sazişinə tamamilə əməl edilməsinin lazım olduğunu bildiriblər.

Həmçinin o da qeyd edilib ki, Putin koronavirusla bağlı mübarizədə İrana dəstək olmağa hazır olduğunu söyləyib, virusdan dünyasını dəyişənlərə görə Ruhaniyə başsağlığı verib.

скачать dle 12.1

Şərhlər