
Rusiya komandası Yevgeni Ustyuqovun diskvalifikasiyasına görə 2014-cü il Soçidə keçirilən Olimpiya Oyunlarında kişilərin biatlon estafetindəki qazandığı qızıl medallardan məhrum edilib.
GunAz.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
Millinin sabiq üzvünün 2013-cü ilin avqustundan 2014-cü ilin aprelinə qədərki nəticələri ləğv edilib. Beləliklə, Rusiya Ustyuqovun iştirak etdiyi estafet yarışında qələbəsini itirib.
Xatırladaq ki, 2010-cu ildə idmançı kütləvi startı qazanaraq Vankuverdə keçirilən Olimpiadanın qızıl mükafatını qazanmışdı.
Bundan əvvəl rusiyalı biatlonçu Svetlana Sleptsovanın dopinqdən istifadə etdiyi üçün diskvalifikasiya olunduğu bildirilmişdi.
































