SON DƏQİQƏ
» » Olimpiya Festivalında bütün yarışlar başa çatdı: Azərbaycan IV oldu

Olimpiya Festivalında bütün yarışlar başa çatdı: Azərbaycan IV oldu

Tarix:

27-07-2019, 20:07

/ 1 904 dəfə oxundu.
Olimpiya Festivalında bütün yarışlar başa çatdı: Azərbaycan IV oldu

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında bütün yarışlar başa çatıb.

GunAz.az xəbər verir ki, yarışda ən çox medal qazanan komanda Rusiya olub. 

Şimal qonşularımız 66 medal qazanıb. 28 qızıl, 17 gümüş və 21 bürünc medalı məhz rusiyalı idmançılar əldə edib.

Son gündə Böyük Britaniya II sıraya yüksəlib. Türkiyə isə medal sıralamasını III sırada başa vurub. Britaniyalılar 25, Türkiyə 27 medal qazanıb. Sadəcə adalılar gümüş medal sayında türkləri qabaqlayıb, qızıl medallar isə bərabər sayda olub - 11.

Azərbaycan bu yarışı IV sırada başa vurub. Son gündə qızıl medal qazana bilməməsi millimizin iki pillə geriləməsinə səbəb olub. Bununla belə, bu, Azərbaycanın EYOF tarixində ən yaxşı çıxışı hesab edilir. İndiyədək komandamız yalnız 2013-cü ildə Serbiyanın paytaxtı Belqradda qazandığı yeddi qızıl medalla VI ola bilmişdi.

Beləliklə, komandamız toplam 23 medal qazanıb. Bunlardan 10-u qızıl, 7-si gümüş və 6-sı bürüncdür. İdmançılarımız 16 medalı güləşdən, 1-ni idman gimnastikasından və 6-nı cüdodan əldə edə bilib.

Qeyd edək ki, növbəti analoji yarış 2021-ci ildə Slovakiyanın Banska Bıstritsa şəhərində keçiriləcək.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ