SON DƏQİQƏ
» » Türkiyə Suriyanın İdlib bölgəsindəki Sarakib şəhərini atəşə tutdu

Türkiyə Suriyanın İdlib bölgəsindəki Sarakib şəhərini atəşə tutdu

Tarix:

10-02-2020, 14:44

/ 1 272 dəfə oxundu.
Türkiyə Suriyanın İdlib bölgəsindəki Sarakib şəhərini atəşə tutdu

Türkiyə bir neçə gün əvvəl Suriya ordusu tərəfindən nəzarətə götürülən İdlib əyalətindəki Sarakib şəhərini atəşə tutub.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı ərəb telekanalı “Əl Cəzirə” yayıb.

Türk qoşunlarının ağır artilleriya qurğularından istifadə etdiyi deyilir.

Atışma Sarakib şəhərində və onun ətraflarında qeydə alınıb.

Bundan əlavə, mediada yayılan məlumatlara görə, Suriya müxalifətinin silahlı dəstələri Türkiyə artilleriyasının dəstəyi ilə İdlib əyalətinin şərqindəki hökumət ordusunun bölmələrinə hücum edib.

скачать dle 12.1

Şərhlər