SON DƏQİQƏ
» » Suriya Ordusu İdlib şəhərinin 15 km-ə çatıb

Suriya Ordusu İdlib şəhərinin 15 km-ə çatıb

Tarix:

4-02-2020, 18:38

/ 1 312 dəfə oxundu.
Suriya Ordusu İdlib şəhərinin 15 km-ə çatıb

Suriya Ordusu İdlib əyalətinin inzibati mərkəzi İdlib şəhərinin 15 km-ə çatıb.

GunAz.az xəbər verir ki, Suriya Ordusu Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə İdlib şəhərinin qərbində yerləşən Suraqib şəhərinin darvazasına çatıb.

Məlumata görə ötən gecə Suraqib ətrafında daha 4 kənd azad edilib.

Ekspertlərin fikrinə görə, Suriyada strateji M5 beynəlxalq magistral yolu üzərində yerləşən Suraqib şəhərinin ordunun nəzarətinə keçməsi İdlib əyalətinin şərq nahiyələrində radikal qruplaşmalarının mövqelərinin ciddi şəkildə təhlükədə olması anlamındadır.

Qeyd edək ki, bundan öncə Suriya Ordusu adıçəkilən beynəlxalq yolun üzərində yerləşən strateji Məarrat-Numan şəhərini və Hələbin cənub-qərbində yerləşən Xan-Tuman qəsəbəsini radikal qruplaşmalardan geri almışdı.

İdlib şəhəri Suriyanın şimalında radikal "ən-Nusra Cəbhəsi" (əl-Qaidənin sabiq Suriya qanadı və digər adı Heyət Təhrir-Şam) və onun tabeçiliyində olan silahlı qruplaşmaların nəzarətindədir.

Suriya Ordusu İdlib şəhərinin 15 km-ə çatıb

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ