SON DƏQİQƏ
» » Türkiyə müxalifəti Liviyaya hərbi qüvvələrin göndərilməsi layihəsini tənqid edib

Türkiyə müxalifəti Liviyaya hərbi qüvvələrin göndərilməsi layihəsini tənqid edib

Tarix:

30-12-2019, 18:30

/ 1 267 dəfə oxundu.
Türkiyə müxalifəti Liviyaya hərbi qüvvələrin göndərilməsi layihəsini tənqid edib

Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Qılıncdaroğlu ölkədən Liviyaya hərbi qüvvələrin göndərilməsi planını kəskin tənqid edib.

GunAz.az  xəbər verir ki, Kamal Qılıncdaroğlu Liviyaya hərbi qüvvələrin göndərilməsi məsələsinin ölkə parlamentində qəbul edilməsinə imkan verməyəcəklərini bildirib.

"Bu kimi xarici siyasət Türkiyəyə fayda deyil, zərər verəcək. Vicdanı olan hər kəs bunu görməlidir", deyə ana müxalifət partiyasının lideri ölkə parlamentində Liviyaya hərbi qüvvələrin göndərilməsinin əleyhinə səs verəcəklərini bildirib.

O Liviyaya hərbi qüvvələrin göndərilməsinin "İxvanəl-Müslimin" hərəkatını razı salmaq məqsədi daşıdığını deyib.

"Əgər Xarici İşlər Nazirliyinin işini dayandırıb, siyasəti sarayda olan bir neçə İxvanul-Müsliminçi şəxs tərəfindən idarə edəcəksinizsə gələcəyiniz bu olar.", deyə K. Qılıncdaroğlu Liviyaya hərbi qüvvələrin göndərilməsi layihəsini tənqid edib və bildirib ki, Türkiyə yenə də Suriya ilə bağlı "sabiq səhv" siyasətini davam etdirir.

Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri bildirib ki, "onlar əsgərlərinin ərəb səhralarında ölmələrini görmək istəmirlər."

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ