SON DƏQİQƏ
» » General Dehqan: Amerikalılar İrana qarşı hərbi əməliyyat gücünə malik deyillər

General Dehqan: Amerikalılar İrana qarşı hərbi əməliyyat gücünə malik deyillər

Tarix:

7-05-2019, 18:51

/ 230 dəfə oxundu.
General Dehqan: Amerikalılar İrana qarşı hərbi əməliyyat gücünə malik deyillər

İran İslam Respublikası silahlı qüvvələrinin Ali Baş Komandanının müdafiə sənayesi və silahlı qüvvələrə dəstək məsələləri üzrə müşaviri bildirib ki, Amerikalılar İrana qarşı hərbi əməliyyat gücünə malik deyillər.

General-mayor Hüseyn Dehqan Qətərin Əl-Ərəbi telekanalına verdiyi müsahibədə deyib: "Əgər amerikalılar geniş və hərtərəfi bir müharibəyə başlamaq istəyərlərsə, nə region belə bir müharibəni qəbul edə biləcək potensiala malikdir, nə də amerikalılar dünya ictimaiyyətini İrana qarşı belə bir müharibədə ABŞ-ın kənarında yer almağa razı sala bilərlər". 

General-mayor Hüseyn Dehqan Ağ Evin milli təhlükəsizlik müşaviri Con Boltonun Abraham Linkoln təyyarədaşıyan gəmisinin regiona göndərilməsinin İrana mesajı olduğuna dair açıqlamasına reaksiya olaraq deyib: Bəziləri hərbi analizlərdə qüvvələrin və təchizatların yerlərini dəyişməsini müharibəyə hazırlıq kimi yozurlar. 

İran silahlı qüvvələrinin Ali Baş Komandan müşaviri həmçinin bildirib: "Amerikalılar, İsraillilər və Ərəbistan regionun ciddi bir böhran ilə üz-üzə olduğuna dair görüntü yaratmaq istəyirlər. Halbuki, onların özləri də yaxşı bilirlər ki, belə bir böhranda, ilk atəşin açılması ilə, cavab atəşi sadəcə bir məkan və ya məntəqə ilə məhdudlaşmayacaq". 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ