SON DƏQİQƏ
» » General Baqeri: "Müdafiə və raket qüdrəti barədəki təhdidlərə təsilm olmayacağıq"

General Baqeri: "Müdafiə və raket qüdrəti barədəki təhdidlərə təsilm olmayacağıq"

Tarix:

8-02-2019, 08:44

/ 10 321 dəfə oxundu.
General Baqeri: "Müdafiə və raket qüdrəti barədəki təhdidlərə təsilm olmayacağıq"

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: İran Silahlı Qüvvələri düşmənlərin müxtəlif fitnələri ilə mübarizə və müdafiəyə hazırdırlar və onların bizim regional maraqlarımız, raket və müdafiə gücümüz barədə sövdələşmə ilə bağlı təhdidlərindən qorxmayacağıq.

GunAz.az xəbər verir ki, General-mayor Mohəmməd Baqeri bu gün xarici ölkələrin İran İslam Respublikasındakı səfirləri və hərbi attaşeləri qarşısında söyləyib: "İranın Silahlı Qüvvələri dünyada düşmən olmayan və dost olan ölkələrin hamısı ilə hərbi və müdafiə sahələrindəki dostluq əlaqələrini genişləndirməyə və yüksəltməyə hazırdır".

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əlavə edib: "İran İslam Respublikasının hərbi doktrinası müdafiə mahiyyətlidir və İranın Silahlı Qüvvələrinin ötən qırx il ərzindəki bütün addımları təhdidlər qarşısında önləyicilik mövqeyinin qorunması və qanuni müdafiə çərçivəsində olubdur".

General-mayor Baqeri bildirib ki, İranın Silahlı Qüvvələri Fars Körfəzi və Hörmüz boğazını nəzarətdə saxlayaraq, regionun təhlükəsizliyi və stabilliyinin qorunmasında əlindən gələni əsirgəməyəcəklər. O, deyib: İran İslam Respublikasının Silahlı Qüvvələri sübut ediblər ki, beynəlxalq sülh və təhlükəsizlik, eləcə də region xalqlarının təhlükəsizlyi üçün səy və fədakarlıq göstərməyə hazırdırlar.

O, həmçinin Qərbi Asiya böhranlarına və İranın regiondakı mehvər roluna toxunaraq, deyib: İran İslam Respublikası terrorizmlə mübarizə sahəsində öz imkanlarını səfərbər edib və İraq və Suriyada hərbi məsləhətçi kimi iştirak və şəhidlər təqdim etməklə nəinki Qərbi Asiya xalqlarının, həm də bəşəriyyətin təhlükəsizliyinə böyük xidmət göstəribdir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ