SON DƏQİQƏ
» » General Səfəvi: İran dünyanın mühüm güclərindən birinə çevriləcək

General Səfəvi: İran dünyanın mühüm güclərindən birinə çevriləcək

Tarix:

31-01-2019, 17:23

/ 10 263 dəfə oxundu.
General Səfəvi: İran dünyanın mühüm güclərindən birinə çevriləcək

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının xüsusi köməkçisi və baş müşaviri bildirib ki, Amerika dünyanın yeganə supergücünə çevrilmək arzusunda uğursuz qalıb. O, deyib: İran gələcəkdə dünyanın mühüm güclərindən birinə çevriləcək.

GunAz.az xəbər verir ki, General-mayor pasdar Seyyed Yəhya Rəhim Səfəvi bu gün Qom şəhərində bildirib ki, dünya çoxqüdrətlilik səmtinə doğru irəliləyir. O, əlavə edib: Qərb liberalizmi mədəniyyəti daha insanın nicatı üçün ilhamverici deyil və onun dövrü kommunizm kimi başa çatıbdır.

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının xüsusi köməkçisi və baş müşaviri söyləyib: Əfqanıstanda islami dövlətin, Suriya və İraqda islami xilafətin yaradılması arzusu İranla mübarizə məqsədi və region ölkələrinin xərcləri ilə xarici kəşfiyyat təşkilatları tərəfindən formalaşdı və İslam İnqilabının Böyük Rəhbəri regional fitnələri zərərsizləşdirərək, İraq və Suriya xalqlarını xilas etdilər və inşaallah, Fələstin xalqı da xilas olacaqdır.

O, sonra belə qeyd edib: 2050-ci ilədək müsəlmanların sayı iki milyard nəfəri ötüb keçəcək. Əgər müsəlmanlar müttəfiq ideologiya mehvəri ətrafında və düşmənin qarşısında müştərək və vahid hədəf və maraqlara malik olmuş olsalar, heç bir qüdrət İslamın qarşısında dayanmaq gücünə malik olmayacaqdır.

General Səfəvi vurğulayıb: İran İslam İnqilabının digər inqilablardan ən mühüm fərqi, dünyada ikiqütblü sistemin rədd olunması, bütün bəşəriyyət üçün xilasedici baxış və yeni qüdrət sisteminin cızılması və onun xəlqi olmasıdır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ