SON DƏQİQƏ
» » Misir hökuməti 1070 müəllimi İxvanəl-Müsliminlə əlaqəli olduğuna görə işdən çıxarıb

Misir hökuməti 1070 müəllimi İxvanəl-Müsliminlə əlaqəli olduğuna görə işdən çıxarıb

Tarix:

8-10-2019, 19:30

/ 1 386 dəfə oxundu.
Misir hökuməti 1070 müəllimi İxvanəl-Müsliminlə əlaqəli olduğuna görə işdən çıxarıb

Misir hökuməti 1070 müəllimi islamçı İxvanəl-Müslimin hərəkatı ilə əlaqəli olduğuna görə kənarlaşdırıb.

GunAz.az Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə qərarı Misirin  Təlim-Tərbiyə Nazirliyi verib.

Yerli mətbuat nazirliyin rəhbəri Tariq Şövqiyə istinadla bildiriblər ki, ölkədə qadağan edilmiş İxvanəl-Müslimin hərəkatı ilə bağlı və ona üzv olan 1070 müəllim işlərindən kənarlaşdırılıb.

Misir naziri bundan sonra müəllimlərin işə cəlb edilməsində əlavə qaydalar tətbq ediləcəyini deyib.

Qeyd edək ki, 2013-cü ildə Misirdə Məhəmməd Mursi devrildikdən sonra və hərbçilərin islamçıları təqib etməsi fonunda İxvanəl-Müslimin hərəkatı ölkədə terror qrupu kimi tanıtdırılıb.

скачать dle 12.1

Şərhlər