SON DƏQİQƏ

Misir uduzdu, futbolçunun ürəyi partladı

Tarix:

26-06-2018, 08:00

/ 10 339 dəfə oxundu.
Misir uduzdu, futbolçunun ürəyi partladı

Misirin “Zamalek” futbol klubunun keçmiş oyunçusu və kapitanı DÇ-2018 çərçivəsində Misir və Səudiyyə yığmaları arasında keçirilən matça baxan zaman dünyasını dəyişib.

GunAz.az “News.ru”ya istinadən xəbər verir ki, bu haqda misirli jurnalist Volqoqradda oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Əbdül Rəhim Məhəmməd Misirin son saniyələrdə buraxdığı qoldan sonra ürək tutmasından keçinib.

Qeyd edək ki, Salahlı Misir yığması hər üç turda rəqiblərinə məğlub olaraq, qrupda qalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ