SON DƏQİQƏ

DƏHŞƏT: 50 miqrant səhrada susuzluqdan öldü

Tarix:

27-06-2017, 21:37

/ 4 009 dəfə oxundu.
DƏHŞƏT: 50 miqrant səhrada susuzluqdan öldü

Afrikanın müxtəlif ölkələrinin vətəndaşı olan 50-yə qədər miqrantın Saxara səhrasında həlak olduğu təxmin edilir.
 "Röyters” agentliyinə istinadən xəbər verilir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı bildirib.
Təşkilatın məlumatına görə, 70-dən çox miqrant üç yük avtomobilində Saxara səhrasını keçərək Liviyaya çatmaq istəyirdilər. Onlardan yalnız 23-ü Liviyaya çatmağı bacarıb. Sürücülər naməlum səbəblərdən digərlərini səhraya buraxıblar.
Agentliyinin məlumatına görə, səhrada qalan 15 miqrant susuzluqdan həlak olublar. Digərlərinin axtarışları davam edir.
Qeyd edək ki, Saxaradan Liviyaya uzanan yol bir sıra Afrika ölkələrinin qaçqınları üçün adi marşrutdur. Onlar Liviyadan Avropaya getməyə çalışırlar.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ