SON DƏQİQƏ
» » İraqlı etirazçılar ölkənin ən strateji limanının yolunu yenidən bağlayıblar

İraqlı etirazçılar ölkənin ən strateji limanının yolunu yenidən bağlayıblar

Tarix:

19-12-2019, 14:23

/ 1 275 dəfə oxundu.
İraqlı etirazçılar ölkənin ən strateji limanının yolunu yenidən bağlayıblar

İraqın Bəsrə əyalətində etirazçılar Ümmul-Qəsr və Xur-Zubeyr limanlarının yolunu yenidən bağlayıblar.

GunAz.az xəbər verir ki, oktyabr və noyabr aylarında iki strateji limanın yolunun bir həftəlik bağlanılmasından sonra iqtiadi vəziyyətlə bağlı etiraz edən aksiyaçılar Ümmul-Qəsr və Xur-Zubeyr-in əsas yolunu yenidən bağlayıblar.

Yolun bağlanmasına görə onlarla yük maşını tıxac yaradıb.

Bəsrə əyalətinin sakinləri aidiyyatı qurumlardan əyalətdəki yolların təmir edilməsini və sair sosial-iqtisadi problemlərin həllini tələb ediblər.

Qeyd edək ki, bu iki liman İraqın nefti ixracının, eləcə də ərzaq məhsullarının idxal edildiyi iki ən strateji limanı hesab edilir.

Xatırladaq ki, oktyabr ayının əvvəlindən İraqda korrupsiya, işsizlik və digər iqtisadi məsələlərlə bağlı etiraz aksiyaları baş qaldırıb. Bu aksiyalar daha sonra iğtişaşlar və toqquşmalarla nəticələnib. İraq polisi ötən gün etirazçılardan 2700-nü sərbəst buraxdığını elan edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ