SON DƏQİQƏ

İran gizli danışıqlarıı təkzib etdi

Tarix:

17-12-2019, 08:41

/ 3 435 dəfə oxundu.
İran gizli danışıqlarıı təkzib etdi

İranın Xarici İşlər Nazirliyi qərb KİV-nin Səudiyyə Ərəbistanı ilə gizli danışıqların aparılması haqda məlumatlarını təkzib edib.

“NEWSru.co.il” xəbər verir ki, Yaxın Şərqdə gərginliyin azalmasına xidmət edəcək danışıqlar haqqında məlumat son günlər yayılıb.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı İranla konfrontasiyaya girəcəyi təqdirdə ABŞ-dan lazımi dəstəyin alınmasına şübhə ilə yanaşır. İran isə ölkə daxilində baş verən kütləvi etiraz aksiyalarından sonra sabitliyin möhkəmləndirilməsində maraqlıdır.  

Bildirilib ki, Ər-Riyadla Tehran arasında dialoq Yəmən münaqişəsinin nizama salınmasına, dünya bazarlarına neft tədarükünün stabilləşdirilməsinə, həmçinin Səudiyyə Ərəbistanının BƏƏ və Qətərlə yaxınlaşmasına xidmət edəcək.

скачать dle 12.1

Şərhlər