SON DƏQİQƏ
» » İran Səudiyyə Ərəbistanı ilə danışıqların aparılmasını təkzib edib

İran Səudiyyə Ərəbistanı ilə danışıqların aparılmasını təkzib edib

Tarix:

16-12-2019, 17:43

/ 997 dəfə oxundu.
İran Səudiyyə Ərəbistanı ilə danışıqların aparılmasını təkzib edib

 "Bəzi dövlətlər xoş niyyətlilik baxımından vasitəçilik etməyə çalışırlar, lakin indi İranla Səudiyyə arasında danışıqlar yalnız həcc mərasimi ilə bağlıdır. Digər danışıqların aparılması haqda məlumatım yoxdur."

GunAz.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.

İranla Səudiyyə Ərəbistanı arasında son zamanlarda danışıqların aparılmasına dair xəbərlərə münasibət bildirən XİN rəsmisi Tehranla ər-Riyad arasında həcc mərasimindən başqa bir müzakirənin aparılmadığını deyib.

Qeyd edək ki, bundan öncə Pakistan və Oman Sultanlığı nazirləri iki ölkəyə səfər edərək, bölgədə gərginliyin azaldılması və körfəzdə sabitliyin bərqərar edilməsi istiqamətində vasitəçilik etdiklərini deyiblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ