SON DƏQİQƏ
» » İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

Tarix:

10-12-2019, 17:50

/ 667 dəfə oxundu.
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

Ötən həftənin sonu iki ölkə arasında 2 məhbusun mübadiləsinin baş tutmasından sonra İran rəsmiləri məhbusların mübadiləsinin hərtərəfli şəkildə həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

GunAz.az xəbər verir ki, ötən gün İranın bir sıra rəsmiləri ABŞ-la məhbusların mübadiləsi məsələsinin geniş müstəvidə aparılmasına hazır olduqlarını bildiriblər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib:

"Girov götürülmüş Məsud Süleymaninin evə dönməsindən sonra, ABŞ-la məhbusların mübadiləsinin hərtərəfli aparılmasına hazırıq. İndi top Amerikanın ərazisindədir."

Qeyd edək ki, ötən həftənin sonu İsveçrənin vasitəçiliyi ilə İran və ABŞ iki məhbusu mübadilə ediblər. ABŞ bir il öncə rəsmi Tehrana qarşı sanksiyaları pozduğuna görə iranlı doktor Məsud Süleymanini saxlamışdı.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ