SON DƏQİQƏ
» » Talibanla ABŞ əsir və məhbusların mübadiləsini həyata keçiriblər

Talibanla ABŞ əsir və məhbusların mübadiləsini həyata keçiriblər

Tarix:

8-10-2019, 19:10

/ 1 795 dəfə oxundu.
Talibanla ABŞ əsir və məhbusların mübadiləsini həyata keçiriblər

ABŞ-la Taliban arasında əsir və məhbusların mübadiləsi çərçivəsində hərəkatın 11 tanınmış üzvü azad edilib.

GunAz.az BBC-ə istinadla xəbər verir ki, bu barədə Taliban mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən həftə Taliban nümayəndəsi Molla Bəradərin Pakistanda ABŞ nümayəndəsi Zalmay Xəlilzadla görüşündən sonra əsir və məhbusların mübadiləsi baş tutub.

Məlumata görə Əfqanıstanın şimalında girov götürülən 3 hindistanlı mühəndisin azad edilməsi qarşılığında Baqram həbsxanasında saxlanılan 11 Taliban üzvü azad edilib.

Azad edilən Taliban üzvləri arasında radikal  "Həqqani Şəbəkəsi"nin tanınmış üzvləri də var.

Qeyri rəsmi mənbələr bildirir ki, ötən ay Donald Trampın Talibanla danışıqları dayandırmasından sonra əsir və məhbusların baş tutması, tərəflər arasında danışıqların yendiən başlamasına işarədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ