SON DƏQİQƏ
» » ABŞ-la Talibanın razılaşmasının bəzi detalları açıqlanıb

ABŞ-la Talibanın razılaşmasının bəzi detalları açıqlanıb

Tarix:

3-09-2019, 16:30

/ 1 280 dəfə oxundu.
ABŞ-la Talibanın razılaşmasının bəzi detalları açıqlanıb

 "ABŞ-la Taliban hərəkatının Əfqanıstanla bağlı razılaşmasının ilk şərtlərindən biri olaraq, 5 min hərbi qüvvə bu ölkəni tərk edəcək."

GunAz.az BBC-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə rəsmi nümayəndəsi Zalmay Xəlilzad məlumat verib.

ABŞ rəsmisi son günlərdə Talibanla rəsmi Vaşinqton arasında anlaşmanın yekunlaşması ilə bağlı xəbərlərə münasibət bildirərkən vurğulayıb ki, razılaşmanın ilk şərtlərindən biri kimi ABŞ bu ölkədəki qüvvələrindən 5 minini geri çəkəcək.

Eyni zamanda məlumat verilib ki, razılaşma Əfqanıstan rəhbərliyinə də çatdırılıb və rəsmi Kabil bu barədə mövqeyini bildirəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu anlaşma ilə bağlı son açıqlamasında bildirib ki, Talibanla razılaşma bütün ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsi anlamında deyil.

Xatırladaq ki, ABŞ-ın Talibanla Dohada doqquzuncu tur danışıqları bitmək üzrədir. Taliban bu müddət ərzində Əfqanıstanda çoxlu terror aktları törədib. Taliban ötən gün Kabildə xarici vətəndaşların məskunlaşdığı kvartalda 16 nəfərin ölümü və 100-dən çox şəxsin yaralanmasına səbəb olan partlayışı da üzərinə götürüb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ