SON DƏQİQƏ
» » İsrail Qəzzaya yenidən hava zərbələri endirib, ölən və yaralananlar var

İsrail Qəzzaya yenidən hava zərbələri endirib, ölən və yaralananlar var

Tarix:

16-11-2019, 18:35

/ 464 dəfə oxundu.
İsrail Qəzzaya yenidən hava zərbələri endirib, ölən və yaralananlar var

İsrailin hərbi təyyarələri intensiv olaraq 4-cü gün Qəzzaya hava zərbələri endirib.

GunAz.az əl-Məyadinə istinadla xəbər verir ki, İsrail təyyarələri bu gün sübh Qəzzada HƏMAS-ın və "İslami Cihad Hərəkatı"nın mövqelərinə hava zərbələri endirib.

Qəzzada səhiyyə mənbələri ölən və yaralananların olduğunu bildirir.

Qeyd edək ki, İsrail 12-14 noyabr günləri ərzində Qəzzaya 100-dən çox hava zərbəsi endirib. Bu hava zərbələrində 38 nəfər həyatını itirib və 100-dən çox yaralanıb.

Bu təcavüz nəticəsində Qəzzada azı 110 ev tam ya qismən dağılıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ