SON DƏQİQƏ
» » Dünyanın ən varlı adamlarının siyahısı dəyişdi – Bill Qeyts gerilədi

Dünyanın ən varlı adamlarının siyahısı dəyişdi – Bill Qeyts gerilədi

Tarix:

6-11-2019, 14:39

/ 1 804 dəfə oxundu.
Dünyanın ən varlı adamlarının siyahısı dəyişdi – Bill Qeyts gerilədi

Dünyanın ən varlı şəxslərinin siyahısında dəyişiklik olub.

GunAz.az bildirir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Belə ki, "Microsoft İnc." sahibi və təsisçisi Bill Qeyts dünya zənginlərinin siyahısında ikinci yerdən üçüncü yerə geriləyib.

Onun yerini Fransanın ən zəngin adamı, "Louis Vuitton Moet Hennessy" moda evinin sahibi, varidatı 107 milyard dollaradək artan Bernar Arno tutub.

Nəticədə Bill Qeyts 106, 8 milyard dollar varidatla üçüncü yerdə qərarlaşıb.

"Forbes"in reytinqinə əsasən 1-ci yerin sahibi dəyişməyib. Belə ki, bu yeri "Amazon" şirkətinin rəhbəri Ceff Bezos tutur. Onun var-dövləti isə 112,4 milyard dollar təşkil edir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ