SON DƏQİQƏ
» » Təyyarələr haqqında az bilinən faktlar – Dünyanın ən təmiz havası...

Təyyarələr haqqında az bilinən faktlar – Dünyanın ən təmiz havası...

Tarix:

5-11-2019, 20:30

/ 1 387 dəfə oxundu.
Təyyarələr haqqında az bilinən faktlar – Dünyanın ən təmiz havası...

Müasir dövrün ən təhlükəsiz nəqliyyat növü sayılan təyyarələr haqqında az bilinən həqiqətsizə təqdim edirik.

Havada sərnişin daşıma ilk dəfə 1919-ci ildə DELAG adlı Zeplin ilə başlamışdır. 1936-cı ilə qədər səfərlərini davam etdirən Zeplin, bir qəzadan sonra daha istifadə edilməmişdir.

Təyyarələrdə olan hava dünyada olan ən təmiz havadır. Bunun səbəbi isə yüksək texnologiyalar sayəsində müasir süzmə qurğularından istifadə edilməsidir.

Dünyada ən çox uçuş edildiyi gün 19 Sentyabr, 2012-ci il tarixində oldu. Asiya, Avropa və Amerikada ümumilikdə 11.000 uçuş həyata keçirildi.

Aparılmış araşdırmanın nəticələrinə görə, müəyyən edilib ki, təyyarənin "quyruq" hissəsində əyləşən sərnişinlərin qəza zamanı sağ qalmaq şansı 40 faiz daha çoxdur.

Təyyarələrdə uçuş zamanı bir çox hallarda avtopilot qoşulu olur, çünki kompüter daha dəqiq tənzimləmə edə bilər ki, bu da yanacaq sərfinin azalmasına gətirib çıxarır. Bir qayda olaraq, avtopilot uçuşa hazırlaşma və eniş zamanı istifadə olunmur.

Təyyarənin salonunda olan təzyiq bizim dad qavrayışımıza da təsir edir.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər