SON DƏQİQƏ
» » Qaniçən diktatorun məzarı açılır – Şok səbəb

Qaniçən diktatorun məzarı açılır – Şok səbəb

Tarix:

21-10-2019, 20:43

/ 1 047 dəfə oxundu.
Qaniçən diktatorun məzarı açılır – Şok səbəb

İspaniyanın diktatoru olmuş general Frankonun "Ölülər Vadisi" bazilikasındakı qalıqlarının eksqumasiyası oktyabrın 24-də həyata keçiriləcək.

GunAz.az  xəbər verir ki, bu barədə "El Pais" İspaniya hökumətinə istinadən məlumat yayıb.

Məlumata görə, prosedur diktatorun ailəsinin iştirakı ilə keçiriləcək. Qalıqlar Madriddəki El Pardo bələdiyyə qəbiristanlığına təhvil veriləcək.

Sentyabr ayında İspaniya Ali Məhkəməsi Frankonun qalıqlarının eksqumasiyasına dair qərarı dəstəkləyib. Hakimlər diktatorun ailə üzvlərinin iddiasını rədd edərək, İspaniya hökumətinin təklifini dəstəkləyiblər. Hökumət diktatorun qalıqlarının arvadının dəfn edildiyi El-Pardo qəbiristanlığına köçürülməsini təklif edirdi.

Fransisko Franko 1939-1975-ci illərdə İspaniyaya rəhbərlik edib. O, 1936-cı ildə İspaniyada baş tutan hərbi çevrilişin təşkilatçılarından biri olub. Bu çevriliş respublikaçılarla millətçilər arasında vətəndaş müharibəsinə gətirib çıxarıb. Üç il davam edən müharibədə milllətçi qüvvələrə rəhbərlik edən Franko qalib gəlib, İspaniya Respublikası süqut edib. Franko ölkə üzərində nəzarəti bütünlüklə ələ keçirib, ölkədə diktatura qurulub. Bu diktatura Franko İspaniyası adı alıb. Franko İspaniyası totalitar dövlət kimi xarakterizə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, vətəndaş müharibəsi illərində respublikaçılardan 320 min, çevrilişçilərdən isə 130 min nəfər həlak olub.

Avropada Napoleon Bonapartdan sonra ən gənc - 33 yaşında briqada generalı olan Franko sonradan generalissimus rütbəsinə yüksəlib.

Qaniçən diktatorun məzarı açılır – Şok səbəb

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ