
İranlı deputatlardan bir neçəsi Xəzər suyunun İranın mərkəzi hissəsində Semnan əyalətindəki yaylalara axıdılması layihəsini kəskin tənqid ediblər.
GunAz.az İran mətbuatına istinadla xəbər verir ki, ötən gün İran Parlamentinin toplantısında Xəzər suyunun Semnan əyalətinə axıdılması layihəsinin gündəmə çıxarılması etirazlara səbəb olub.
Etirazlar əsasən İranın Qolestan, Rəşt, Mazandaran əyalətlərini təmsil edən deputatlar ərəfindən qaldırılıb.
Etirazlara görə parlamentin işi bir müddət dayanıb.
Deputatlar Xəzər suyunun Semnan və digər mərkəzi bölgələrin yaylalarına axıdılması layihəsi nəticəsində Xəzərdə və sahil bölgələrdə ekoloji faciənin baş verəcəyini deyiblər.
Qeyd edək ki, bu layihə İran hökuməti və ölkənin Enerji naizrliyi tərəfindən təklif edilib və araşdırılır.
Bundan öncə İran Parlamentinin təbii sərvətlər, su və əkinçilik komissiyasının üzvü Əli Məhəmməd Şairi Xəzər dənizi suyunun ölkənin mərkəzi yaylalarına axıdılması layihəsini kəskin tənqid edib və bunun nəticəsində ölkədə ekoloji faciənin yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, ötən il İranın Semnan Əyaləti Şurasının toplantısı çərçivəsində bu əyalətin Regional Su İdarəsinin icraçı derektoru İrəc Heydəriyanın tərəfindən “Semanın suyu mənbələrinin genişlərndirlməsi” adlı layihə yerli müvafiq qurumlara təqdim edilib. Həmçinin İranın Enerji Nazirliyinə təqdim edilən bu layihəıni bir bəndi də Xəzər suyunun İranın mərkəzi platolarına çatdırılması ideyasıdır.