
BP şirkətinin direktoru Bob Dadli 31 mart 2020-ci il tarixində istefaya gedəcək.
GunAz.az RT-yə istinadla xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, onun yerini hazırda BP-nin kəşfiyyat və istehsal sahəsinə rəhbərlik edən Bernard Luni tutacaq. 5 fevral 2020-ci ildə Luni şirkətin idarə heyətinə üzv olacaq.
Dadli 40 il BP-də çalışıb.