SON DƏQİQƏ
» » İraqda gərginlik fonunda İran iki sərhəd keçidini bağlayıb

İraqda gərginlik fonunda İran iki sərhəd keçidini bağlayıb

Tarix:

3-10-2019, 20:55

/ 1 337 dəfə oxundu.
İraqda gərginlik fonunda İran iki sərhəd keçidini bağlayıb

İraqda etiraz aksiyaları və polislə etirazçılar arasında toqquşmalar fonunda İranın Dövlət Sərhəd Xidməti iki sərhəd keçidinin faəliyyətini müvəqqəti olaraq dayandırıb.

GunAz.az FarsNews-a istinadla xəbər verir ki, İranın Sərhəd Xidməti Kermanşah əyalətini İraqa birləşdirən Xosrəvi sərhəd keçidinin fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığını bildirib.

Məlumata görə Xuzestan əyalətini İraqa birləşdirən Çəzabə keçidi də müvəqqəti bağlanıb.

FarsNews aidiyyatı qurumlara istinadla bildirib ki, Çəzabə keçidi gün ərzində açılacaq.

İranın Sərhəd Xidməti rəsmiləri bildiriblər ki, İraqa keçidi təmin edən digər sərhəd keçidlərinin hamısı o cümlədən Mehran və Şələmçə də fəaliyyətini lazımi şəkildə göstərir.

Qeyd edək ki, Ərbəin gününün (bu il 19 oktyabra təsadüf edir) yaxınlaşması ilə İran-İraq sərhəd keçidləri güclü iş rejiminə keçirlər. Bu il Ərbəin mövsümündə bu sərhəd keçidlərini 5 milyondan çox insanın keçəsəyi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ