SON DƏQİQƏ

DSX sərhədi pozan gürcüstanlını saxladı

Tarix:

8-08-2019, 10:02

/ 1 329 dəfə oxundu.
DSX sərhədi pozan gürcüstanlını saxladı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması tədbirləri davam etdirilir.

DSX-dən GunAz.az-a verilən məlumata görə, avqustun 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb.

Fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ