SON DƏQİQƏ
» » Azərbaycan sərhədini pozan Türkiyə vətəndaşı tutulub

Azərbaycan sərhədini pozan Türkiyə vətəndaşı tutulub

Tarix:

31-05-2018, 15:37

/ 11 194 dəfə oxundu.
Azərbaycan sərhədini pozan Türkiyə vətəndaşı tutulub

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısını alıblar.

Gunaz.az xəbər verir ki, hadisə Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Həmin tarixdə Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olunub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılıb, hadisə yerində nəzarət iz zolağında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfər şəxsin ayaq izləri aşkar olunub.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozucusunun Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib.

Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ