SON DƏQİQƏ

Elçin Quliyev Ermənistanla sərhəddə olub

Tarix:

3-10-2019, 15:34

/ 1 946 dəfə oxundu.
Elçin Quliyev Ermənistanla sərhəddə olub

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Bu barədə GunAz.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Yoxlanış oktyabrın 2-3-də aparılıb. Son günlərdə xidməti ərazidəki əməliyyat şəraiti, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə xidməti fəaliyyətin təkmilləşdirilməsi, düşmənin təxribatlarının qarşısının qətiyyətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ