SON DƏQİQƏ
» » Sərhəddə təxribat: Erməni snayperləri yük maşınını atəşə tutdu

Sərhəddə təxribat: Erməni snayperləri yük maşınını atəşə tutdu

Tarix:

27-07-2019, 13:34

/ 1 334 dəfə oxundu.
Sərhəddə təxribat: Erməni snayperləri yük maşınını atəşə tutdu

Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə yaydığı məlumata münasibət bildirib.

DSX-nin məlumatına əsasən, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib:

“Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “KamAZ” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşi ilə susdurulub”.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət etdiyi qeyd olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ