SON DƏQİQƏ
» » Ər-Riyad niyə hücumun qarşısını ala bilmədi?

Ər-Riyad niyə hücumun qarşısını ala bilmədi?

Tarix:

30-09-2019, 09:49

/ 797 dəfə oxundu.
Ər-Riyad niyə hücumun qarşısını ala bilmədi?

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Krallığın hava hücumundan müdafiə qüvvələrinin niyə neft obyektlərinə hücumun qarşısını ala bilmədiyini açıqlayıb.

GunAz.az xəbər verir ki, bunu Məhəmməd bin Salman CBS televiziyasındakı “60 dəqiqə” proqramına müsahibəsində deyib.

“Səudiyyə Ərəbistanı demək olar ki, qitə boydadır və hətta bütün Qərbi Avropadan böyükdür. Hər tərəfdən təhdid mövcuddur. Bunlarının hamısının qarşısını almaq çox çətindir”, – deyə o bildirib.

Şahzadə ölkənin hava hücumundan müdafiə sistemində “Patriot” və “Hawk” sistemlərinin yer aldığını və bunların pilotsuz uçan aparatları məhv etmək üçün nəzərdə tutulmadığını söyləyib. Bununla belə vəliəhd neft obyektlərinə hücumu “axmaqlıq” adlandırıb:

“Yalnız axmaqlar dünya bazarının 5%-ni təmin edən neft ixracına mane olmağa cəhd edə bilər. Hücum edənlərin strateji məqsədləri yalnız özlərinin həqiqətən axmaq olduqlarını sübut etmək idi”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ