SON DƏQİQƏ
» » İraqda Haşd-Şabi qüvvələrinə naməlum təyyarələr tərəfindən aviazərbələr endirilib

İraqda Haşd-Şabi qüvvələrinə naməlum təyyarələr tərəfindən aviazərbələr endirilib

Tarix:

10-09-2019, 17:30

/ 1 177 dəfə oxundu.
İraqda Haşd-Şabi qüvvələrinə naməlum təyyarələr tərəfindən aviazərbələr endirilib

Ötən gecə İraqda Haşd-Şabinin bir qərargahına hava zərbələri endirilib.

GunAz.az  Sumariya Agentliyinə istinadla xəbər verir ki, İraqın əl-Ənbar əyalətinin Hit qəzasında Haşd-Şabinin "Həşd- əl-Əşairi" adlı hərbi briqadasının bir qərargahına naməlum pilotsuz təyyarələr tərəfindən hava zərbələri endirilib.

Bu barədə məlumat verən İraq hərbi mənbəsi hava zərbələri nəticəsində Haşd-Şabinin silah anbarında yüngül silahların olduğu bölmədə partlayışın baş verdiyini bildirib. Ölənlərin olmadığı deyilir.

Qeyd edək ki, eyni gündə Suriyanın İraqla sərhəd bölgəsi Bu-Kamal şəhəri ərazisində də orduya dəstək verən iraqlı və iranlı həbir qüvvələrin qərargahı naməlum PUA-ların hücumuna məruz qalıb. Bu hücumların İsrail tərəfindən həyata keçirildiyi iddia edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ