SON DƏQİQƏ
» » Suriya ordusuna dəstək verən iranlı və iraqlı qüvvələr naməlum aviazərbələrə məruz qalıb

Suriya ordusuna dəstək verən iranlı və iraqlı qüvvələr naməlum aviazərbələrə məruz qalıb

Tarix:

9-09-2019, 20:10

/ 1 305 dəfə oxundu.
Suriya ordusuna dəstək verən iranlı və iraqlı qüvvələr naməlum aviazərbələrə məruz qalıb

Suriyanın şərqində Bu-Kamal şəhəri ərazisində orduya dəstək verən iranlı və iraqlı hərbi briqadalar hava zərbələrinə məruz qalıb.

GunAz.az RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə ötən gecə Bu-kamal şəhəri ərazisində iranlı və iraqlı qüvvələr 5 aviazərbəyə məruz qalıblar.

Müxalifət yönümlü "Suriya İnsan Hüquqları Müşahidə Qrupu" bu naməlum hücumda 18 nəfərin həlak olduğunu iddia edib.

RT-in məlumatına görə bu hava zərbələrinə görə Bu-Kamal şəhərində iki ölkəni birləşdirən sərhəd keçidinin açılışı da təxirə düşüb.

Bu hücumların konkret olaraq hansı hərbi briqadaya endirilməsi məlum deyil. Suriya, İran və ya İraqın müvafiq qurumları bu haqda bəyanat verməyiblər.

Qeyd edək ki, Suriyanın şərqində İŞİD-ə qarşı döyüşlərdə orduya dəstək verən bir sıra hərbi briqadalar var. Onlar əsasən "Fatimiyyun", "Zeynəbiyyun", İraqın "Kətaib Hizbullah", "ən-Nücəba hərəkatı" və Sepahın dəstəklədiyi sair hərbi briqadalar var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ