SON DƏQİQƏ
» » İsrail raket buraxdı, iranlı əsgərlər həlak oldu

İsrail raket buraxdı, iranlı əsgərlər həlak oldu

Tarix:

28-03-2019, 15:55

/ 10 294 dəfə oxundu.
İsrail raket buraxdı, iranlı əsgərlər həlak oldu

Londonda mərkəzləşən “Suriya insan haqları müşahidə qrupu” (SOHR) Hələb rayonunun Şeyx-Nəcar sənaye zonasındakı İran hərbi anbarlarına endirilən aviazərbələrin fəsadları barədə dəqiqləşdirilmiş məlumat dərc edib.

Bu barədə “9tv.co.il.” xəbər verir.

SOHR-un məlumatına görə, İsrail hava qüvvələrinin endirdiyi raket zərbələri nəticəsində azı 11  iranlı hərbçi, o cümlədən, iranpərəst suriyalı döyüşçülər həlak olub.

İtki sayının artacağı istisna edilmir, belə ki, aviazərbələr nəticəsində çox sayda döyüşçünün ağır yaralandığı bildirilir.

İrana aid silah-sursat anbarları ilə yanaşı, İran silahlı qüvvələrininin Hələb yaxınlığındakı qərargahının hava hücumuna məruz qaldığı bildirilir.

скачать dle 12.1

Şərhlər