SON DƏQİQƏ
» » Suriyada silah anbarında partlayış baş verib - 20 ölü var

Suriyada silah anbarında partlayış baş verib - 20 ölü var

Tarix:

3-08-2019, 20:38

/ 1 347 dəfə oxundu.
Suriyada silah anbarında partlayış baş verib - 20 ölü var

 Suriyanın Homs əyalətində yerləşən Şueyrat hərbi qərargahı ərazisində baş verən partlayış 20 nəfərin həyatına son qoyub.

GunAz.az RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Suriyadakı hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, hərbi hava qərargahında istifadə müddəti bitmiş silah-sursatın daşınması zamanı partlayış baş verib.

Mənbə daşınma zamanı səhvə yol verildiyini və partlayışın məhz bu səbəbdən baş verdiyini deyib.

Məlumat əsasən azı 20 hərbçi həlak olub ki onların arasında zabitlər də var.

Suriya Ordusu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib.

скачать dle 12.1

Şərhlər