Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Samard kəndində silahlı anbarda partlayış baş verib.
GunAz.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Suriya müxalifətindəki mənbə bildirib.
Hadisə nəticəsində ən azı 36 nəfər həlak olub, 40-dan çoxu yaralanıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, anbar yaşayış binasının alt mərtəbəsində yerləşirdi və partlayış binanın tam dağılmasına gətirib çıxarıb.
Mənbə qeyd edib ki, anbar Abu Yazin al-Xoms adlı tacirə məxsus olub. O əlavə edib ki, partlayışın səbəbi hələ müəyyən edilməyib.