SON DƏQİQƏ
» » Haşd-Şabi mövqelərinə endirilən aviazərbələrin İsrail tərəfindən həyata keçirildiyini bildirib

Haşd-Şabi mövqelərinə endirilən aviazərbələrin İsrail tərəfindən həyata keçirildiyini bildirib

Tarix:

26-08-2019, 19:55

/ 1 903 dəfə oxundu.
Haşd-Şabi mövqelərinə endirilən aviazərbələrin İsrail tərəfindən həyata keçirildiyini bildirib

İraqın Haşd-Şabi qüvvələri əl-Ənbar əyalətində qüvvələrinə endirilən hava zərbələrinin İsrail tərəfindən həyata keçirildiyini bəyan edib.

GunAz.az İraq mətbuatına istinadla xəbər verir ki, Haşd-Şabi ötən həftənin şənbə günü əl-Ənbar əyalətinə endirilən hava zərbələri barədə rəsmi bəyanat verib.

Bəyanatda bildirilib ki, şənbə günü əl-Ənbar əyalətinin Suriya sərhədi zolağında Haşd-Şabi mövqelərinə hücum edən iki PUA İsrailə məxsus olub. Haşd-Şabi bu hücumlara baxmayaraq, ölkədə terrora qarşı mübarizənin davam etdiriləcəyini və təcavüz edən tərəfə cavabların veriləcəyini bildirib.

Qeyd edək ki, bu hücumda Haşd-Şabi qüvvələrinin iki hərbçisi həlak olub. Məlumata görə, Haşd-Şabi bu hücum zamanı əl-Ənbar əyaləti səhrasında İŞİD-ə qarşı hərbi əməliyyatlar aparırdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ