SON DƏQİQƏ
» » İraqlı müctəhid ABŞ qüvvələrinə qarşı fətva verib: Onları ölkədə saxlamaq haram və müdafiəyə qalxmaq lazımdır

İraqlı müctəhid ABŞ qüvvələrinə qarşı fətva verib: Onları ölkədə saxlamaq haram və müdafiəyə qalxmaq lazımdır

Tarix:

23-08-2019, 20:50

/ 1 289 dəfə oxundu.
İraqlı müctəhid ABŞ qüvvələrinə qarşı fətva verib: Onları ölkədə saxlamaq haram və müdafiəyə qalxmaq lazımdır

 İraqda Haşd-Şabi qüvvələrinin ABŞ və İsrail təyyarələri tərəfindən vurulmasından sonra iraqlı müctəhidlərindən biri fərva verib: "Açıq aşkar şəkildə şəriət baxımından məsuliyyəti üzərimə götürərək, elan edirəm ki, ABŞ qüvvələrini və ya onların bənzərini ölkədə saxlamaq haramdır. Hansı adla olursa olsun,  istər hərbi təlim, hərbi müşavirələr olsun və ya da terrora qarşı mübarizə adı, hansı ki, onlar özləri terrorun əhlidir və terrora qucaq açandılar. Bunu öncədən də sizə bəyan etmişəm. İndi də açıq aşkar şəkildə bəyan edirəm... Silahlı qüvvələrimiz müdafiəyə qaxmalıdır."

GunAz.az xəbər verir ki, bu barədə iraqlı müctəhid Ayətullah Kazim Hüseyni əl-Hairi bəyanat verib.

Ayətullah Kazim Hüseyni əl-Hairinin dəftərxanası az öncə rəsmi saytı və facebook səhifəsi vasitəsilə ABŞ-ın İraqdakı qüvvələrinə qarşı fətvanı dərc edib.

Fətvanın bəyanatında bildirilib ki, son zamanlarda İraqda Haşd-Şabi (Xalq Səfərbər Qüvvələri) qüvvələrinə endirilən hava zərbələri barədə rəsmi araşdırmalar aparılıb və məlum edilib ki, bu təcavüzlər ABŞ və İsrail tərəfindən həyata keçirilib.

Bəyanatın davamında deyilir:

"Açıq aşkar şəkildə şəriət baxımından məsuliyyəti üzərimə götürərək, elan edirəm ki, ABŞ qüvvələrini və ya onların bənzərini ölkədə saxlamaq haramdır. Hansı adla olursa olsun,  hərbi təlim və müşavirələr olsun və ya terrora qarşı mübarizə adı altında, hansı ki, onlar özləri terrorun əhlidir və terrora qucaq açandırlar. Bunu öncədən də sizə bəyan etmişəm. İndi də açıq aşkar şəkildə bəyan edirəm...Ölkənin Silahlı Qüvvələrində olan qeyrətli oğullar gərək, İslamı, ölkənin qırmızı xətlərini şərafətli şəkildə müdafiə etməyi davam etdirsinlər... Ey mənim övladlarım! Sizin yeganə seçiminiz müqavimət, müdafiə və düşmənlə üzləşməkdir. Həmin düşmən elə alçaldı ki, onların tağutu (Tramp) ölkənizə məlum formada səfər etdi...Əgər atanız ələ silah ala bilsəydi, sizin sıralarınıza qatılardı. Həmin ata ki sizin mövqeləriniz vurulanda onun ürəyinə ağrı gəlir."

скачать dle 12.1

Şərhlər