SON DƏQİQƏ
» » İranda sünniləri təhqir edən din xadimi həbs edilib

İranda sünniləri təhqir edən din xadimi həbs edilib

Tarix:

27-05-2019, 12:00

/ 1 960 dəfə oxundu.
İranda sünniləri təhqir edən din xadimi həbs edilib

 B.Samid. İran Parlamentinin sünni məzhəbindən olan deputatları bu ölkə telekanallarının birində canlı yayım zamanı məddahlardan birinin təhqirə yol verməsinə görə Ayətullah Xameneiyə müraciət ediblər. Ayətullah Xameneinin dəftərxanasından gələn göstərişdən sonra müvafiq addımlar atılıb.

GunAz.az İran mətbuatına istinadla xəbər verir ki, Ayətullah Xamenei iranlı deputatların müracətinə müsbət cavab verib və lazımi addımların atılması göstərişini verib.

Bu göstərişdən sonra iranlı din xadimi və əhli-beyt məddahı Əhəd Qədəmi həbs edilib.

Ötən ay İranın Beşinci telekanalından yayımlanan verlişin rejissor və produsserləri də işdən çıxarılıb. Əhəd Qədəmi ötən ay həmin telekanalda canlı yayım zamanı sünni məzhəbinin rəmzi şəxslərinin ünvanına nalayiq sözlər işlətmişdi.

Qeyd edək ki, Ayətullah Xamenei sünni məzhəbinin rəmzi şəxslərini təhqir etməyin haram olduğu fətvasını verib. 

скачать dle 12.1

Şərhlər