SON DƏQİQƏ
» » Tramp iraqlı əsiri öldürən ABŞ zabitinin əfvi üçün təzyiq göstərdiyini etiraf edib

Tramp iraqlı əsiri öldürən ABŞ zabitinin əfvi üçün təzyiq göstərdiyini etiraf edib

Tarix:

4-07-2019, 21:03

/ 1 293 dəfə oxundu.
Tramp iraqlı əsiri öldürən ABŞ zabitinin əfvi üçün təzyiq göstərdiyini etiraf edib

ABŞ prezidenti Donald Tramp İraqda vaxtilə əsiri öldürmüş ABŞ zabitinin əfv edilməsi üçün ölkə məhkəməsinə təzyiqər göstərdiyini bildirib.

GunAz.az İraqın Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp twitter səhifəsində yazıb.

ABŞ zabiti Eduard Qalagerin Kaloforniya Ştatı Məhkəməsi tərəfindən əfv edilməsinə görə, zabitin özü və ailəsini təbrik edən D. Tramp bu işdə əməyi olduğunu bildirib.

Qeyd edək ki, məhkəmə 40 yaşlı ABŞ zabitinə qarşı 17 yaşlı iraqlı əsirin qətlə yetirilməsi və sair ittihamları irəli sürmüşdü.

ABŞ prezidenti Donald Tramp bundan öncə də vaxtilə İraq və Əfqanıstanda müharibə cinayətləri törətmiş və buna görə məhkum edilmiş 3 hərbçini əfv etmək niyyətində olduğunu bildirib.

Bundan öncə ABŞ-ın New-York Times qəzeti bildirib ki, Donald Tramp Ədliyyə Nazirliyindən istəyib ki, müharibə cinayətləri ilə bağlı məhkum edilmiş bəzi məhkumların işini ona təqdim etsinlər. Qəzet, müharibə cinayətlərini törətməkdə ittiham edilən və əfv edilməsi möhtəməl olan ABŞ hərbçilərindən ikisinin adını çəkib. Bildirilib ki, onlardan biri 2007-ci ildə İraqda 14 mülki şəxsi öldürən "Blackwater" təhlükəsizlik şirkətinin üzvü Nikolas Slatin, digəri isə Əfqanıstanda mülki şəxsləri qətlə yetirən, habelə Taliban əsirlərini doğramaqda ittiham edilən Masio Golsten ola bilər.

скачать dle 12.1

Şərhlər