SON DƏQİQƏ

Trampdan oğlu ilə bağlı şok etiraf

Tarix:

6-08-2018, 12:48

/ 10 266 dəfə oxundu.
Trampdan oğlu ilə bağlı şok etiraf

ABŞ prezidenti Donald Tramp oğlunun Kreml ilə əlaqəsi olan rus vəkil Veselnitskaya ilə görüşüdüyünü etiraf edib.

GunAz.az xəbər verir ki, Tramp oğlunun vəkil ilə Klinton barədə məlumat almaq üçün görüşdüyünü deyib.

Nataliya Veselnitskaya ilə oğul Donald Tramp 2016-cı ilin iyun ayında “bir rəqib haqqında məlumat almaq” üçün görüşüb. Amma ABŞ prezidenti görüşün qanuni olduğunu iddia edib. Xüsusi prokuror Robert Müller ABŞ kəşfiyyatının rusların Trampın prezident seçkilərini qazana bilməsi üçün tələ qurduğu iddialarını araşdırır.

Tramp isə ruslarla əməkdaşlıq edilmədiyini bildirir. Amma oğlunun vəkil ilə görüşdüyünü, bu görüşün sadəcə Hillari Klinton haqqında məlumat almaq üçün keçirildiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ