SON DƏQİQƏ
» » Senat Trampa qarşı “çirkli hesabat” hazırlayıb

Senat Trampa qarşı “çirkli hesabat” hazırlayıb

Tarix:

17-05-2018, 08:30

/ 10 277 dəfə oxundu.
Senat Trampa qarşı “çirkli hesabat” hazırlayıb

ABŞ Senatı 2016-cı ildə Trampın seçki kampaniyasının təmsilçiləri ilə Rusiyadan olan nümayəndə heyəti arasında Tramp Tauerdə baş tutmuş gizli görüşlə bağlı sənədləri ictimailəşdirib.

ONN media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

2500 səhifədən ibarət sənəddə 2016-cı il prezident seçkiləri ərəfəsində Rusiyalı vəkillə aparılan danışıqlarla bağlı Donald Trampın iki oğlunun izahatı yer alır.

Vəkil Nataliya Veselnitskaya görüşdə Kremli təmsil etməsi ilə bağlı ittihamları rədd edir.

Görüşdə həmçinin iştirak etmiş Trampın kürəkəni Cəred Kuşner isə istintaq çərçivəsində sorğu sual olunmaqdan imtina edib.

Sözügedən görüş  “Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı” ABŞ ədliyyə nazirliyinin apardığı istintaq çərçivəsində araşdırılır.

Senatın ədliyyə komitəsi sənədlərin ölkədə “çirkin qalmaqala” yol açacağını xəbərdar edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ