SON DƏQİQƏ
» » Tramp-In görüşünün yeni vaxtı və yeri açıqlandı

Tramp-In görüşünün yeni vaxtı və yeri açıqlandı

Tarix:

7-05-2018, 11:09

/ 10 252 dəfə oxundu.
Tramp-In görüşünün yeni vaxtı və yeri açıqlandı

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasındakı görüş iyunun ortalarında Sinqapurda keçirilə bilər. 

Gunaz.az xəbər verir ki, bununla bağlı “Agence France-Presse” xəbər agentliyi məlumat verib. 

Tramp dünən tərəflərin görüşün yeri və vaxtı ilə bağlı razılaşdığını açıqlayıb.

“Biz tezliklə bunu açıqlayacağıq”, - Tramp jurnalistlərə deyib. 

Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri görüşün iyun ayında keçiriləcəyini təsdiqləyib. 

Qəzetin məlumatına görə, Tramp bununla bağlı Cənubi Koreya prezidenti ilə ötən ay keçirdiyi görüşdən sonra qərar qəbul edib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ