SON DƏQİQƏ
» » Tramp Kim Çen Inla görüşəcəyi tarixi açıqlayıb

Tramp Kim Çen Inla görüşəcəyi tarixi açıqlayıb

Tarix:

9-04-2018, 21:47

/ 10 341 dəfə oxundu.
Tramp Kim Çen Inla görüşəcəyi tarixi açıqlayıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşünün mayın sonları – iyunun əvvəllərində reallaşacağına ümid edir.

Gunaz.az xəbər verir ki, o, bunu Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında deyib.

“Şimali Koreya ilə görüşləri davam etdiririk. ABŞ KXDR-in nüvə proqramı ilə bağlı "dürüst razılaşma" əldə etməyə çalışır. Hazırda Şimali Koreyanın bizimlə görüşünü bütün dünya maraqla gözləyir”, - deyə Tramp bildirib.

Sammitin keçiriləcəyi yer hələ ki, bəlli deyil. Bu barədə İsveç KXDR və ABŞ-a dəvət göndərib. Rusiya Xarici İşlər Nazirliyi isə görüşün Rusiyanın Uzaq Şərq bölgəsində keçirilə biləcəyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ