SON DƏQİQƏ
» » ABŞ bu ölkələr qarşısında yalnız qalıb - Oğuzlu

ABŞ bu ölkələr qarşısında yalnız qalıb - Oğuzlu

Tarix:

29-08-2019, 09:00

/ 1 860 dəfə oxundu.
ABŞ bu ölkələr qarşısında yalnız qalıb - Oğuzlu

ABŞ G7-ni formalaşdıran ölkələr qarşısında yalnız qalıb.

GunAz.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert, professor Tarık Oğuzlu Fransada keçirilən G7 zirvəsinin təhlil edərkən deyib.

O, G7 formatının getdikcə mahiyyətini itirdiyini bildirib:

“G7 zirvəsindən sonra ortaq bəyannamənin yayımlanmaması ölkələr arasındakı anlaşmazlıqları aydın şəkildə üzə çıxardı. Bu isə ABŞ-ın G7-ni formalaşdıran ölkələr qarşısında getdikcə yalnız qaldığına işarədir. Dolayı yolla G7-nin getdikcə mahiyyətini itirdiyini söyləmək olar. Üstəlik bu zirvəyə həqiqətən ehtiyac olub-olmaması sual altındadır. ABŞ-ın nüvə razılaşmasından təktərəfli çəkilməsinə Avropa ölkələri qarşı çıxıb. Yəni ABŞ bu məsələdə tək qalıb. Almaniya və Fransa da nüvə razılaşmasının davam etdirilməsi gərəkdiyini bildirmişdi. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Biarrits səfəri ABŞ Prezidenti Donald Trampa verilən cavab kimi qiymətləndirilə bilər”.

Qeyd edək ki, 24-27 avqust tarixlərində Fransanın Biarrits şəhərində G7 ölkələrinin zirvə toplantısı keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ