SON DƏQİQƏ

İsrailli merlər Azərbaycana gəlir

Tarix:

26-08-2019, 15:14

/ 1 866 dəfə oxundu.
İsrailli merlər Azərbaycana gəlir

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ("Azİz")  payızda bir sıra İsrail şəhərlərinin merləri və mer müavinlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərini planlaşdırır. 

Bu haqda GunAz.az-a "Azİz"in baş direktoru Lev Spivak məlumat verib.

"Azİz" ikitərəfli əlaqələrin inkişafı məsələlərinin, eləcə də "qardaşlaşmış şəhərlər" layihəsinin müzakirəsi üçün bir sıra İsrail şəhərlərinin merlərinin Azərbaycana səfərini hazırlayır", - deyə o qeyd edib.

L.Spivakın sözlərinə əsasən, 15-dən çox üzvü olan İsrail nümayəndə heyətinin səfəri sentyabrın 29-dan oktyabrın 6-dək davam edəcək.

Səfərin proqramı çərçivəsində İsrail merləri Azərbaycanın paytaxtını və müxtəlif rayonlarını ziyarət edəcəklər.

Hazırda Mingəçevir və Asula, eləcə də İsmayıllı və Kiryat-Bilik qardaşlaşmış şəhərlər siyahısındadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ