SON DƏQİQƏ
» » İsrailin müdafiə naziri erməni deputatları pərt etdi

İsrailin müdafiə naziri erməni deputatları pərt etdi

Tarix:

17-02-2018, 19:50

/ 1 156 dəfə oxundu.
İsrailin müdafiə naziri erməni deputatları pərt etdi

Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin Təl-Əvivə səfəri uğursuz başa çatıb.

Gunaz.az virtualaz.org-a istinadən bildirir ki, dostluq qrupunun həmsədri, hakim Respublika Partiyasından olan deputat Qaqik Minasyan yerli KİV-ə İsrailin onları anlayışla qarşılamamasından şikayətlənib.

Belə ki, qrupun mətbuat konfransı zamanı İsrailin müdafiə naziri Aviqdor Liberman erməni deputatların Qarabağ haqda sualını cavablandırarkən, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.

"İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni hərbi birləşmələrinin Dağlıq Qarabağı işğal etməsinə qarşıdır", - deyən Liberman erməni deputatlara sərt reaksiya verib.

Qeyd edək ki, İsrail parlamentinin (Knesset) "erməni soyqırımı"nı tanımaması da Ermənistan nümayəndə heyətinin arzusunu gözündə qoyub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ