SON DƏQİQƏ
» » İsrailin müdafiə naziri erməniləri pərt etdi- BİZİM ÜÇÜN AZƏRBAYCANLA MÜNASİBƏTLƏR ÇOX VACİBDİR

İsrailin müdafiə naziri erməniləri pərt etdi- BİZİM ÜÇÜN AZƏRBAYCANLA MÜNASİBƏTLƏR ÇOX VACİBDİR

Tarix:

19-12-2017, 11:47

/ 1 206 dəfə oxundu.
İsrailin müdafiə naziri erməniləri pərt etdi- BİZİM ÜÇÜN AZƏRBAYCANLA MÜNASİBƏTLƏR ÇOX VACİBDİR

“Erməni soyqırımı” mübahisəli və nəzəri məsələdir”.

Gunaz.az “report”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Avidqor Liberman “RTVI” televiziyasına müsahibəsində deyib.

Müxalifətdə olan “Yeş Atid” Partiyasının sədri Yair Lapidin İsrailin qondarma “erməni soyqırımı”nı tanıması üçün parlamentə təqdim etdiyi layihəyə münasibət bildirən nazir vurğulayıb ki, mübahisəli, nəzəri və yalnız tarixə aid olan bu məsələni yenidən qaldırmağa ehtiyac yoxdur: “Bunun İsrailin hazırkı mövqeyinə konkret olaraq təsir göstərəcəyinə inanmıram. Tarix baxımından da bu məsələdə çoxlu mübahisəli məqamlar mövcuddur”.

A.Liberman İsrailin “erməni soyqırımı”nı tanınmamasını ölkəsinin Azərbaycanla sıx əməkdaşlıq etməsi ilə əlaqələndirib: “İsrail üçün Azərbaycanla münasibətlər çox vacibdir. Məsələni yüz dəfə müzakirə etmək lazımdır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ