SON DƏQİQƏ
» » ABŞ hərbi birliyi Türkiyəyə gəldi – Səbəb

ABŞ hərbi birliyi Türkiyəyə gəldi – Səbəb

Tarix:

12-08-2019, 16:42

/ 1 753 dəfə oxundu.
ABŞ hərbi birliyi Türkiyəyə gəldi – Səbəb

ABŞ-la Türkiyənin Ortaq Hərəkət Mərkəzində xidmət edəcək 90 nəfərlik hərbi birlik Türkiyənin Şanlıurfa şəhərinə gəlib.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hərbçilərin bu gün Şanlıurfanın GAP hava limanına endiyi, daha sonra isə oradan mərkəzə yola düşdüyü bildirilib.

Qeyd edək ki, 5-7 avqust tarixlərində ABŞ-la Türkiyə arasında keçirilən görüşlərdə Suriyada yaradılması planlaşdırılan təhlükəsiz bögənin koordinasiyası və idarə edilməsi üçün Türkiyədə Ortaq Hərəkət Mərkəzinin yaradılmasına qərar verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ